AZ

"188" Yükdaşıma Xidməti vergi borcuna görə maaşları ödəyə bilmir: "Hesabımızda sərəncam var"

Xəbər verdiyimiz kimi  Bakının Sabunçu rayonunda yaşayan Yevlax rayon sakini  Abbasov Rövşən Yusif oğlu  "188” Yükdaşıma və Evakuasiya Xidmətindən şikayətçidir. 

Sitat.info-ya müraciət edərək problemini ictimailəşdirməyə çalışan  Rövşən Abbasov 1 ildir ki, çalışdığı "188" Yükdaşıma Xidmətindən əmək haqqını ala bilmir. 

Məsələ ilə bağlı şirkətdən də mövqe öyrəndik. Şirkətdən Abbasov Rövşən Yusif oğlunun 3 aylıq əməkhaqqının verilmədiyini təsdiqlədilər.

Xanım əməkdaş bildirdi ki, şirkətin vergi borcuna görə bank hesabına sərəncam qoyulduğundan işçilərin maaşlarının ödənilməsi gecikir : "Hazırda şirkətin hesabında sərəncam var, 7-10 gün ərzində əmək haqqını ödməyə çalışacağıq. 

Bu barədə sizə ətraflı məlumat da verəcəyik".

Məğrur,

Sitat.info 

Seçilən
0
3
sitat.info

5Mənbələr