AZ

İki ölkə arasında iqtisadi inteqrasiya dərinləşəcək -

Türkiyə və Azərbaycan arasında strateji iqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyub.Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı yeni səfiri Birol Akgün Türkiyə - Azərbaycan İxracatçılar Birliyinin təşkil etdiyi görüşdə çıxışı zamanı bildirib. Səfir qeyd edib ki, hazırda hər iki ölkə qlobal miqyasda mühüm iqtisadi və geosiyasi layihələr həyata keçirir. Ermənistanla münasibətlərin normallaşması perspektivi, eləcə də Zəngəzur dəhlizi vasitəsilə logistika və enerji sahələrində əməkdaşlığın genişlənməsi region üçün ciddi iqtisadi imkanlar yaradır.Onun sözlərinə görə, xüsusilə özəl sektor səviyyəsində Türkiyə Azərbaycan iş adamlarına fəal dəstək göstərir və qarşılıqlı investisiya mühitinin gücləndirilməsi prioritet istiqamətlərdəndir. Birol Akgün iki ölkə arasında ticarət dövriyyəsinin yaxın perspektivdə 15 milyard dollar səviyyəsinə çatdırılacağına inamını ifadə edib.Səfir vurğulayıb ki, Türkiyə və Azərbaycan ortaq strateji, iqtiadi məqsədləri birlikdə həyata keçirməyi hədəfləyir. Türkiyə–Azərbaycan İxracatçılar Birliyinin təşkil etdiyi görüşlərin isə bu istiqamətdə əməkdaşlığın dərinləşməsi baxımından mühüm mərhələ təşkil etdiyi bildirilib.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
10
metbuat.az

1Mənbələr