AZ

Xameneinin iqamətgahına hücum: 100 mücahid öldü?..

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fevralın 23-də İran Xalq Mücahidləri Təşkilatının 250 üzvü Tehranda İran rəhbəri Əli Xameneinin iqamətgahına hücum edib.

Axar.az xəbər verir ki, bu iddia ilə Xalq Mücahidləri çıxış edib.

Bildirilib ki, bir neçə saat davam edən qarşıdurma nəticəsində Xalq Mücahidləri Təşkilatının 100 üzvü həlak olub.

Hücumun məqsədi barədə açıqlama verilməyib.

İran hökuməti və mediası bununla bağlı heç bir məlumat yaymayıb.

Qeyd edək ki, Əli Xameneinin iqamətgahının ətrafında Prezident Adminstrasiyası da daxil olmaqla, dövlət qurumları yerləşdyi üçün ciddi qorunan bölgədir. Dünən isə həmin bölgədəki məktəblərdə tətil elan edildiyi barədə məlumatlar yayılmışdı.

İran Təhsil Nazirliyi yaydığı bəyanatda məlumatı təkzib edib və bunu “informasiya dələduzluğu” adlandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
3
axar.az

4Mənbələr