AZ

Merilendin baş prokuroru Trampı məhkəməyə verib: miqrant işinə görə

Merilendin baş prokuroru Trampı məhkəməyə verib: miqrant işinə görə

ABŞ-ın Merilend ştatının Baş prokuroru Entoni Braun qeyri-qanuni miqrantların saxlanılması üçün federal mərkəzin tikintisi ilə əlaqədar prezident Donald Tramp administrasiyasına qarşı iddia qaldırıb.

AFN.az xəbər verir ki, bu barədə ştat prokurorluğunun yaydığı press-relizdə məlumat verilir. İddia sənədinə əsasən, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi və İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) idarəsi Vilyamsport şəhəri yaxınlığındakı anbar binasını 100 milyon dollardan çox federal vergi vəsaiti hesabına satın alıb.

Prokuror Entoni Braun bildirib ki, bu obyektin miqrant mərkəzinə çevrilməsi prosesi zəruri ekoloji ekspertiza aparılmadan, ictimaiyyətin rəyi öyrənilmədən və ştat hakimiyyəti ilə məsləhətləşmələr keçirilmədən həyata keçirilir. Prokurorun sözlərinə görə, Vilyamsportdakı anbarın alınması ölkə daxilində on minlərlə insanı yerləşdirmək gücünə malik kütləvi saxlama infrastrukturunun yaradılması üzrə daha geniş planın bir hissəsidir.

"Merilend insanları qeyri-insani, qeyri-sanitar və təhlükəli saxlama şəraitindən qorumaq niyyətindədir", - deyə press-relizdə vurğulanıb. Merilend rəsmiləri federal hökumətin bu addımının həm yerli qanunvericiliyi, həm də federal prosedurları pozduğunu iddia edərək tikintinin dərhal dayandırılmasını tələb edirlər.

Seçilən
6
afn.az

1Mənbələr