AZ

Kanada Türkiyədən alınan dərmanlari məhv etdi

Yazını böyüt
Yazını kiçilt

Albert Səhiyyə Xidmətləri (AHS), Kanadada asetaminofen və ibuprofen çatışmazlığından sonra 2022-ci ildə uşaq dərmanları üçün idxala müraciət edib. CNBC-E-nin məlumatına görə, əyalət hökuməti tələb olunan 5 milyon şüşə sifarişin bir hissəsini ödəmək üçün Türkiyədə yerləşən Atabay Pharmaceuticals şirkətindən 1,4 milyon şüşə uşaq ağrıkəsici və qızdırmasalıcı dərman alıb.

Hafta.az yazır ki, ümumi dəyəri 70 milyon dollar olan məhsullar 2023-cü ildə Albert vilayətinə çatdırılıb. Lakin idxal edilən dərmanların əhəmiyyətli bir hissəsi gözlənildiyi kimi istifadə edilməyib və ehtiyatda qalıb.

Artıq dərmanların israf edilməsinin qarşısını almaq üçün AHS, 2025-ci ilin ortalarında Kanadada yerləşən yardım təşkilatı Health Partners International (HPIC) ilə müqavilə bağlayıb. Məqsəd artıq məhsulları ehtiyacı olan ölkələrə göndərmək idi, lakin planlaşdırılan bütün ianə həyata keçirilməyib. 1,4 milyon şüşənin təxminən yarısı digər ölkələrə çatdırılıb. Albertdəki Swan Hills Müalicə Mərkəzində 2026-cı ildə istifadə müddəti bitəcək təxminən 700 min şüşə dərman məhv edilib.

Bundan əlavə, məhv prosesinin xərcləri dövlət büdcəsi tərəfindən ödənilib. Rəsmilər bildiriblər ki, utilizasiya prosesinə təxminən 718 min dollar xərclənib.

AHS sözçüsü Kristi Bland ianə prosesində müxtəlif maneələrlə qarşılaşdığını bildirib. Bland qalan dərmanların göndərilə bilməməsinin əsas səbəblərinin onların istifadə müddəti 2026-cı ilin əvvəlində olması və ehtiyacı olan ölkələrə çatdırılmasında yaranan lojistik çətinliklər olduğunu bildirib.

Seçilən
46
hafta.az

1Mənbələr