Bakı. Trend:
2025-ci ildə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadirayonları üzrə əsas kapitala 5,087 milyard manat investisiyayönəldilib.
Trend-inDövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bugöstərici 2024-cü ildəki göstərici ilə müqayisədə 1,126 milyardmanat və ya 18,1% azdır.
Məlumata əsasən, sözügedən zona üzrə əsas kapitala yönəldilmişinvestisiyaların 4,968 milyard manatı tikinti-quraşdırma işlərinəsərf edilib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 1,115milyard manat və ya 18,3% azalma deməkdir.
Dövr ərzində tikinti-quraşdırma işləri üzrə investisiyalarınhəcmi Ağdam rayonunda 740,017 milyon manat, Şuşa rayonunda 381,594milyon manat, Füzuli rayonunda 274,430 milyon manat, Xankəndişəhərində 336,913 milyon manat, Xocalı rayonunda 172,023 milyonmanat, Xocavənd rayonunda 163,607 milyon manat, Ağdərə rayonunda79,511 milyon manat, Tərtər rayonunda 21,959 milyon manat, Bərdərayonunda 18,058 milyon manat, Ağcabədi rayonunda 17,223 milyonmanat təşkil edib.
Eyni zamanda 2025-ci ildə Şərqi Zəngəzur iqtisadi rayonunda əsaskapitala yönəldilmiş investisiyalardan tikinti-quraşdırma işlərinə2,763 milyard manat sərmayə yönəldilib. Sözügedən sahə üzrəinvestisiyaların həcmi Kəlbəcər rayonunda 994,592 milyon manat,Zəngilan rayonunda 731,007 milyon manat, Laçın rayonunda 448,259milyon manat, Cəbrayıl rayonunda 349,964 milyon manat, Qubadlırayonunda isə 239,303 milyon manata bərabər olub.
Qeyd edək ki, 2025-ci ildə ümumi respublika üzrə əsas kapitalayönləndirilmiş investisiyaların həcmi 21,226 milyard manat olub ki,bu sərmayələrin 16,018 milyard manatını tikinti-quraşdırma işlərinəsərf edilən investisiyalar təşkil edib.