525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Dolların ucuzlaşması prosesini hazırda ciddi iqtisadi konjuktur müəyyən edir və 2026-cı ildə də bu dinamikanın davam etməsi gözlənilir. Xüsusilə iqtisadi mühitin proqnozlaşdırıla bilməməsi bu istiqamətdə rol oynayır".
İqtisadçı ekspert Rəşad Həsənov bunu 525.az-a bildirib.
O deyib ki, beynəlxalq maliyyə institutları 2026-cı il üçün dolların 5-10 faiz, bəzi analitiklər isə 12 faizə qədər ucuzlaşacağını proqnozlaşdırır:
"Bu, Azərbaycan aspektindən baxanda bir sıra təsirlərə malik olacaq. Dolların ucuzlaşması daxili bazarlarda idxal məhsullarının cəlbediciliyini artıra bilər, yəni idxal məhsullarının qiymətləri daha əlverişli görünə bilər. Bununla belə, manatın məzənnəsi dollarla bağlı olduğu üçün bu təsirlərdən tam faydalanmaq mümkün olmayacaq. Əvəzində, dolların ucuzlaşması fonunda Azərbaycan manatı digər valyutalara, xüsusilə də digər xarici valyutalara qarşı ucuzlaşacaq. Bu, Rusiyadan, Türkiyədən, Avropa Birliyindən və Çindən idxal olunan məhsulların manat ifadəsində daha bahalı olmasına səbəb olacaq".
Sevinc Qarayeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.