AZ

Norveç bu il Ukraynaya təxminən 9 milyard dollar ayıracaq

Norveç hökuməti 2026-cı ildə Ukraynanın dəstəklənməsinə 85 milyard Norveç kronu (təxminən 8,9 milyard dollar) ayırmaq qərarına gəlib.

"Far.Az" xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətinin məlumatında deyilir.

Bu məbləğin 70 milyard kronu hərbi yardıma, 15 milyard kronu isə vətəndaş cəmiyyətinin dəstəklənməsinə yönəldiləcək.

Hərbi dəstək sahəsində dronlar, hava hücumundan müdafiə və artilleriya sursatları diqqət mərkəzində olacaq.

Belə ki, dronlara 12 milyard krondan çox, hava hücumundan müdafiəyə və "F-16" qırıcılarına təxminən 9 milyard kron, dəniz təhlükəsizliyinə təxminən 6 milyard kron, beynəlxalq əməkdaşlıq mexanizmlərinə və strateji layihələrə 8 milyard krondan çox vəsait ayrılır.

Bundan başqa, 2025-ci ildə ayrılmış 11,5 milyard kron bu il hərbi ehtiyaclar üçün istifadə olunacaq.

Seçilən
7
2
far.az

3Mənbələr