AZ

Ceyhun Bayramov Türkiyə və Gürcüstan Parlament nümayəndə heyətləri ilə regional təhlükəsizliyi müzakirə edib

Bakı. Trend:

24 fevral tarixində Azərbaycan Respublikasının xarici işlərnaziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin XariciƏlaqələr Komitəsinin sədri Fuat Oktay və Gürcüstan ParlamentininXarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradzenin başçılıqetdiyi nümayəndə heyətlərini qəbul edib.

Trend xəbər verir ki, bubarədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı Azərbaycan–Türkiyə arasında müttəfiqlik vəAzərbaycan–Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərininmövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də geniş bölgədətəhlükəsizlik vəziyyəti müzakirə olunub.

Görüşdə Parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin,xüsusilə xarici əlaqələr komitələri arasında müntəzəm təmaslarınəhəmiyyəti diqqətə çatdırılıb. Azərbaycan, Türkiyə və Gürcüstanparlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu üçtərəfliiclasının münasibətlərə əlavə təkan verdiyi məmnunluqla qeydolunub.

Tərəflər Parlamentlər ilə yanaşı xarici işlər və müdafiənazirləri arasında üçtərəfli əməkdaşlıq formatlarının regiondasülh, sabitlik, təhlükəsizlik və rifahın möhkəmləndirilməsinə töhfəverdiyini qeyd ediblər. Enerji təhlükəsizliyi,nəqliyyat-kommunikasiya layihələri, o cümlədən Orta Dəhlizininkişafı, regional iqtisadi inteqrasiya müzakirə olunan əsasmövzular sırasında olub.

Bununla yanaşı, post-münaqişə dövründə regionda davamlı sülhünvə sabitliyin təmin olunması, normallaşma prosesi və parlamentdiplomatiyasının bu istiqamətdə rolu barədə fikir mübadiləsiaparılıb. Nazir Ceyhun Bayramov Azərbaycan-Ermənistan sülh vənormallaşma prosesi barədə ətrafı məlumat verib, ölkəmizin atdığıaddımları və gözləntilərimizi diqqətə çatdırıb.

Məqalədə:
Seçilən
21
25
az.trend.az

10Mənbələr