Bakı. Trend:
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəriSamir Nuriyev dövlətimizin başçısının tapşırığına uyğun olaraq,mədəniyyətimizin inkişafında müstəsna xidmətlərinə görə “HeydərƏliyev” ordeni ilə təltif edilmiş Xalq şairi Nəriman Həsənzadənievində ziyarət edib və ali mükafatı ona təqdim edib.
Trend xəbər verir ki, SamirNuriyev 95 illik yubileyi münasibətilə Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanınsalamlarını və səmimi təbriklərini Nəriman Həsənzadəyəçatdırıb.
Görüş zamanı Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatınaverdiyi töhfələr, milli-mənəvi dəyərlərin təbliği istiqamətindəuzun illər ərzində göstərdiyi xidmətlər xüsusi vurğulanıb.Bildirilib ki, onun çoxşaxəli yaradıcılığı və ictimai fəaliyyətiAzərbaycan ədəbiyyatının, mədəniyyətinin zənginləşməsinə mühümtöhfə verib, gənc nəsillərin vətənpərvərlik ruhunda formalaşmasındaəhəmiyyətli rol oynayıb.
Xalq şairi göstərilən yüksək diqqətə və qayğıya görə Prezidentİlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərinminnətdarlığını ifadə edib, milli-mənəvi dəyərlərimizin, mədəniirsimizin qorunub saxlanmasına, mədəniyyət, incəsənət və digərsahələrin inkişafında xidməti olan şəxslərə dövlət dəstəyini yüksəkqiymətləndirib.