AZ

Alimlər xərçəngi məhv edən bakteriyalar hazırlayırlar

Kanadada, University of Waterloo-nun alimləri xərçəngin müalicəsi üçün yeni üsul üzərində işləyirlər. Onlar şişlərin içinə daxil olub onları daxildən parçalaya bilən xüsusi bakteriyalar hazırlayırlar.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmaya görə, bəzi bakteriyalar oksigensiz mühitdə daha yaxşı inkişaf edir. Bərk şişlərin mərkəzində isə adətən oksigen olmur. Buna görə də bakteriyalar şişin içinə düşdükdə orada sürətlə çoxalır və şiş toxumasını “yeyərək” zəiflədir.

Layihədə torpaq mənşəli Clostridium sporogenes bakteriyasından istifadə olunur. Bu mikrob yalnız oksigensiz mühitdə yaşaya bilir və şişlərin daxili hissəsi onun üçün uyğun şərait yaradır.

Tədqiqat qrupunun üzvü, professor Marc Aucoin bildirib ki, bakteriyalar şişin mərkəzinə yerləşərək orada çoxalır və zamanla şişi kiçildə bilər.

Alimlər ümid edirlər ki, gələcəkdə bu üsul xərçəngin müalicəsində yeni və effektiv bir yol ola bilər. Araşdırmalar hələ davam edir.

Seçilən
10
azedu.az

1Mənbələr