Meksikada "Xalisko Yeni Nəsil" təşkilatının lideri El Mençonun öldürülməsindən sonra onun sağ əli və təşkilat daxilində əsas fiqur hesab edilən El Tuli də öldürülüb.
Publika.az xəbər verir ki,bu barədə Meksikanın müdafiə naziri Rikardo Trevilla Trejo məlumat yayıb.
Onun sözlərinə görə, "El Tuli" ləqəbli Hüqo H. El Qrullo bölgəsində baş verən atışmada qətlə yetirilib.
Qeyd edək ki, Meksikada "Xalisko Yeni Nəsil" kartelinin əsas üzvlərindən olan El Tuli, El Mençonun yerinə ən real namizəd sayılırdı.