AZ

Dialoq qlobal fikir ayrılıqlarının aradan qaldırılmasında həlledici rol oynayır - ÜST rəhbəri (VİDEO)

Bakı. Trend:

Artan qlobal fikir ayrılıqlarının aradan qaldırılması vəetimadın bərpası üçün dialoq həlledici önəm daşıyır.

Trend xəbər verirki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru TedrosAdhanom Qebreyesus 12-14 mart tarixlərində keçiriləcək XIII QlobalBakı Forumu ilə əlaqədar videomüraciətində deyib.

“Biz dərin dəyişikliklər və ciddi parçalanmaların baş aldığıdövrdə yaşayırıq. Belə məqamlarda dialoq bir dəbdəbədeyil,zərurətdir. Dialoq bizə hökm verməzdən əvvəl dinləməyə,razılaşmazdan əvvəl anlamağa və sarsılmış etimadı yenidən bərpaetməyə imkan verir”, - deyə o qeyd edib.

O, fikir ayrılıqlarının aradan qaldırılması və sülhünmöhkəmləndirilməsi istiqamətində birgə səylərin vacibliyinivurğulayıb.

“Bakı Forumunda liderlər və mütəfəkkirlərlə bir araya gəlməyisəbirsizliklə gözləyirəm və sizi də birlikdə çalışaraqparçalanmaları aradan qaldırmağa və daha dinc gələcəyinformalaşdırılmasına töhfə verməyə dəvət edirəm”,- deyə Qebreyesusəlavə edib.

Qeyd edək ki, 12–14 mart 2026-cı il tarixlərində “Keçidmərhələsində olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması”mövzusunda XIII Qlobal Bakı Forumunun keçirilməsi planlaşdırılır.2013-cü ildə yaradılmış və Nizami Gəncəvi Beynəlxaq Mərkəzitərəfindən təşkil olunan forum hazırda vəzifədə olan və sabiqdövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar və alimlər üçünregional və qlobal siyasətin müzakirə edildiyi platforma rolunuoynayır.

Yeni forum regionda diplomatik fəallığın artdığı bir dövrətəsadüf edir və əsas diqqət geosiyasi keçid prosesləri vəbeynəlxalq təhlükəsizlik məsələlərinə yönələcək.

Seçilən
32
az.trend.az

1Mənbələr