Bakı, 24 fevral, AZƏRTAC
İsrailin Nəqliyyat və Yol Təhlükəsizliyi Nazirliyi ölkə daxilində 350-yə yaxın sınaq uçuşu həyata keçirərək milli dron layihəsinin birinci mərhələsini yekunlaşdırıb.
AZƏRTAC TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, layihə çərçivəsində dronların aşağı hündürlükdə intensiv uçuş sınaqlarına başlanılıb. Testlər əsasən tibbi ləvazimatların çatdırılması, logistika, polis əməliyyatlarına dəstək və süni intellekt əsaslı hava hərəkətini idarəetmə sistemlərinin yoxlanılmasını əhatə edib.
Sınaqların məqsədi dronların miqyaslı şəkildə tənzimləmə və izləmə qabiliyyətini nümayiş etdirmək, həmçinin pilotsuz uçuş sistemlərini adi nəqliyyat və təcili yardım xidmətlərinə inteqrasiya etməkdir.