AZ

70 yaşlı xalq artisti: Yeganə arzum odur ki...

ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Xalq artisti, xanəndə Səkinə İsmayılova 70 illik yubileyini qeyd edib. 

Sənətkar Qaynarinfo-ya açıqlamasında bütün arzularının həyata keçdiyini deyib: "Allah bütün sənətkarlara uzun ömür versin. Mənim yeganə arzum bundan sonra sağlam həyat yaşamaqdır. Mən sənətdə nə arzu etmişəmsə, hamısına çatmışam. Ailəmlə bağlı elə bir arzum olmayıb ki, reallaşmasın. Özümə və xalqıma sağlam ömür arzulayıram".

70 illik yubileyinin dövlət səviyyəsində qeyd olunub-olunmayacağı sualına Səkinə İsmayılova belə cavab verib:

"Dövlətim hər zaman arxamda olub, məni dəstəkləyib. Ad günlərimi isə adətən ailəmlə keçirməyi xoşlayıram".

Səkinə İsmayılova həmçinin xalqa sədaqətini və musiqi irsinə verdiyi töhfələri vurğulayıb:

"Milli musiqimizin və klassik muğamlarımızın oxunmasında mənim xidmətlərim danılmazdır. Heç vaxt unutmayacağım dəyərli heyranlarım var. Bu yaşıma kimi xalqım məni sevib və sənətimi qiymətləndirib, bununla fəxr etməliyəm. Hər bir qadın öz xanımlığını qorumalıdır – oturanda, duranda xanımlığını göstərməlidir. Kim istəyəcək bu nemətlərdən bəhrələnəcək, kim istəməyəcək, bəhrələnməyəcək".

Bahar Rüstəmli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
qaynarinfo.az

2Mənbələr