AZ

"WhatsApp"da yeni funksiya - Mesajları əvvəlcədən planlaşdırmaq mümkün olacaq

"WhatsApp" istifadəçilər üçün yeni “planlaşdırılmış mesaj” funksiyasını sınaqdan keçirir.

Missiya.Az xəbər verir ki, yeni xüsusiyyət vasitəsilə istifadəçilər mesajları əvvəlcədən müəyyən olunmuş tarix və saat üçün planlaşdıraraq avtomatik göndərə biləcəklər. Funksiya xüsusilə ad günləri və digər xüsusi günlər üçün nəzərdə tutulub. Planlaşdırılan mesajları redaktə etmək və ya ləğv etmək mümkün olacaq.

Hazırda yenilik tətbiqin iOS üçün 26.7.10.72 beta versiyasında test edilir. Funksiyanın bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı açıqlanmayıb.

Qeyd edək ki, Meta-ya məxsus platformanın 2 milyarddan çox aktiv istifadəçisi var.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
20
missiya.az

1Mənbələr