AZ

“Qarabağ”ı “Sent-Ceyms Park” neçə azarkeş dəstəkləyəcək? – “Nyukasl” 2466 yer ayırmışdı...

Böyük ehtimalla “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışına bu gün “Nyukasl”a qarşı keçiriləcək pley-off mərhələsinin cavab oyunuyla yekun vurulacaq.

Bilindiyi kimi, matç 52394 yerlik “Sent-Ceyms Park” stadionunda keçiriləcək. İngiltərə təmsilçisi bu oyun üçün “Qarabağ” azarkeşlərinə 2466 yer ayırıb.
Maraqlıdı, bəs çətin səfər oyununda Ağdam təmsilçisinin neçə azarkeşi tribunalarda yer alacaq?

Bu sualla “köhlən atlar”ın Kommunikasıyalar departamentinin direktoru Anar Hacıyevə müraciət etdik. Klub rəsmisi “Football-plus.az”a açıqlamasında komandanı tribunadan təxminən 300 tərəfdarın dəstəkləyəcəyini bildirdi.

Xatırladaq ki, “Nyukasl” – “Qarabağ” qarşılaşması saat 00.00-da başlayacaq. İngiltərə təmsilçisi ilk matçda böyükhesablı qələbə qazanıb – 6:1.

KƏNAN BAHADIR

Seçilən
10
football-plus.az

1Mənbələr