AZ

"Sabah" Gürcüstanda 2-ci yeri tutdu

“Sabah”ın U-13 komandası Gürcüstanda keçirilən “Kobuleti Winter Cup” turnirində çıxışını başa vurub.

Sportal.az xəbər verir ki, komanda qrup mərhələsində “Xelvaçauri” (3:0) və “Dolphins” (4:0) komandalarını məğlub edib, “İberia 1999” (1:1) ilə bərabərə qalıb. 1/4 finalda “Kobuleti”yə qalib gələn (3:0) “Sabah” yarımfinala yüksəlib.  Təmsilçimiz yarımfinalda “Xelvaçauri”ni 3:1 hesabıyla üstələyərək həlledici matça vəsiqə qazanıb.  

Finalda yerli “Vazisubani” (0:0) komandasına oyun sonrası penaltilər seriyasında uduzan “Sabah” turnirin ikincisi olub.

saytlarin hazirlanmasi

Seçilən
5
5
sportal.az

6Mənbələr