AZ

Əfsanə Rəhimlidən poetik nümunələr

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Səma altındakı rəngli bağçada,

Açmışdı ağ ləçək çobanyastığı,

Yolunu azmış o dərdli adam da,

Gördü gizlənibdir, yox axtardığı.

Adam baxdı, amma görmədi kimsə,

Sahibsiz, qəribdir bu qızılgüllər.

Sehirli bağçaysa gələrək dilə,

Söylədi dağlara: "Coşsun şəlalə".

Adam qorxmasa da, kəsildi nəfəs,

Gecə qonaq gəldi, qaranlıq çökdü,

O yenə gözlədi, bitmədi həvəs,

Çarəsiz şəkildə sözlər töküldü:

- İstəməm tikanlar batsın əlinə,

Çiçəklər susayıb, töksün göz yaşı,

Qızıl güllər ilə yarın könlünə,

Yol tapım, sevənlər olsun yanaşı.

Bağışla, ey bağça, dərdim qızılgül,

Sənin ətəyində ən gözəl güldür,

Mənim qəlbimin də sevdiyi tək gül,

Sevən aşiqiyçün bir qızılgüldür.

Qızılgül əlvida!

Mən aşiq olmuşam bir gülüşünə,

Sevgilim heyrandır sənin hüsnünə,

Həm incə belinə, acı dilinə,

Təbiət gözəli, məni əfv eylə.

Dağların qoynunda, yağış altında,

Tənlər arasına çələng də asır,

Heyranam mən onun gözəlliyinə,

Görsən, gözəlliyi min rəngə çalır.

O gündən qızılgül - sevənlər gülü,

Çobanyastığı da çəmənlərindir,

Dərdli olanların təsəlli gülü,

Uçan ləçəkləri küləklərindir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
525.az

1Mənbələr