AZ

Müharibə üçün hər şey hazırdır: Hər an başlaya bilər

İsrail Müdafiə Nazirliyi İrana qarşı mümkün hücuma hazırlıq məqsədilə əlavə büdcə tələb edib.

"Cebheinfo.az" xəbər verir ki, İsrail dövlət televiziyası KAN-ın xəbərinə görə, Müdafiə və Maliyyə nazirliklərinin rəsmiləri arasında son günlərdə 2026-cı il müdafiə büdcəsinə əlavə vəsait ayrılması ilə bağlı bir sıra görüşlər keçirilib.

Sözügedən əlavə büdcə tələbi, İsrailin ABŞ-nin ehtimal olunan İran hücumuna qatıla biləcəyi barədə qiymətləndirmələrin aparıldığı bir dövrə təsadüf edib.

Müdafiə Nazirliyinin İrana qarşı mümkün hücumlar üçün istədiyi əlavə büdcənin dəqiq məbləği isə mətbuata açıqlanmayıb.

İclaslarda Maliyyə Nazirliyinin bəzi yüksək rütbəli rəsmilərinin əlavə büdcə ayrılmasının səbəbini sorğuladığı və Müdafiə Nazirliyinin mövcud təhdid mühitindən yararlanaraq kifayət qədər sübut təqdim etmədən daha çox pul tələb etdiyini müdafiə etdikləri bildirilir.

Maliyyə naziri Bezalel Smotriç və müdafiə naziri Yisrael Katz dekabr ayında 112 milyard şekel (təxminən 36 milyard dollar) məbləğində 2026-cı il müdafiə büdcəsini təsdiqləmişdilər. 

Təsdiqlənmiş müdafiə büdcəsi İsrail ordusunun tələb etdiyi 140 milyard şekeldən (təxminən 45 milyard dollar) az olmuşdu.

Digər tərəfdən, Baş nazir Benyamin Netanyahu hərbi müdafiə büdcəsini uzunmüddətli perspektivdə artırmağı planlaşdırdıqlarını, yaxın 10 ildə müdafiə büdcəsində 350 milyard şekel (112 milyard dollar) əlavə artım hədəflədiklərini bəyan etmişdi.

Qeyd edək ki, İsrail mətbuatı keçən həftə ABŞ-nin İrana mümkün hücumunu "yaxın zamanda" başlada biləcəyi barədə qiymətləndirmələr əsasında, İsrail Ordusu Daxili Cəbhə Komandanlığına yüksək həyəcan vəziyyətinə keçmək barədə tapşırıq verildiyini bildirmişdi.

"Kanal 12" televiziyasının xəbərində isə ABŞ-nin İrana hücum başladacağı təqdirdə İsrailin də bu hücumlarda iştirak edəcəyi iddia edilmişdi.

İran ilə danışıqlar davam edərkən ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğunu sürətli şəkildə artırması, hər an İrana hücumun reallaşa biləcəyi şəklində şərh olunur.

İsrail İranın nüvə proqramının və ballistik raket proqramının dayandırılmasını, həmçinin Tehran rəhbərliyinin regiondakı "proksi" qüvvələrinə dəstəyinin kəsilməsini müdafiə edir.

Seçilən
9
cebheinfo.az

1Mənbələr