AZ

Niyə mahnılar daim başınızda ilişib qalır? elm adamları sirri açdılar

Lent az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bir çox insan reklam melodiyalarını uzun müddət beynindən çıxara bilmir. Kanadalı alimlərin apardığı yeni araşdırma göstərir ki, bunun səbəbi təsadüf deyil. Məsələ melodiyaların arxasında gizlənən riyazi simmetriyadadır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki University of Waterloo alimləri musiqini cəbr prizmasından təhlil ediblər.

Tədqiqatçılar populyar mahnılarda az diqqət çəkən, lakin mühüm rol oynayan bir komponent aşkar ediblər – simmetriya.

Araşdırmanın həmmüəllifi Olqa İbraqimova bildirib ki, əsas məqsəd abstrakt cəbrlə musiqi qavrayışı arasında körpü yaratmaq olub. Melodiyalar transformasiya oluna bilən formalar kimi nəzərdən keçirildikdə, bəstəkarların əsrlər boyu intuitiv şəkildə simmetriyadan istifadə etdiyi aydın görünür.

Alimlər qrup nəzəriyyəsinə transformasiyaları və güzgüvari strukturları öyrənən riyaziyyat bölməsinə əsaslanıblar. Xromatik qammanın 12 notasının hər birinə ədədi dəyər verilib və bu yolla melodiyalar cəbr formullarına çevrilib.

Təhlil nəticəsində məlum olub ki, musiqidə tez-tez istifadə olunan üsullar inversiya (melodiyanın “çevrilməsi”) və transpozisiya (ton üzrə sürüşdürülməsi) aydın riyazi simmetriya yaradır. Bu isə melodiyanın yadda qalmasını asanlaşdırır.

Mühəndis və tədqiqatın həmmüəllifi Kristofer Nexanov qeyd edib ki, bu ikili struktur qulaqla və ya notlara baxaraq sezilməsi çətin olan qanunauyğunluqları üzə çıxarmağa imkan verir. Nəticədə alimlər istənilən uzunluqda simmetrik melodiyaları sistemli şəkildə qurmağın mümkün olduğunu bildirirlər.

Elm və yaradıcılıq arasında balans

Bununla belə, bütün bəstəkarlar formulalara güvənməyə hazır deyil. Məşhur mahnı müəllifi Nik Lutsko, iki populyar reklam cinglının müəllifi kimi, yaradıcı prosesdə daha çox intuisiyaya arxalandığını deyir.

Onun sözlərinə görə, yadda qalan melodiyanın yaranması zamanı riyaziyyat son düşündüyü məsələdir. Melodiya təbii şəkildə formalaşır və dinləyiciyə tanış, yaxın bir hiss bəxş etməlidir.

Mütəxəssislər hesab edirlər ki, riyazi model musiqinin quruluşunu anlamağa kömək etsə də, hit mahnının uğuru təkcə formuldan asılı deyil. Dinləyicinin emosional reaksiyası, mədəni kontekst və ifa tərzi də həlledici rol oynayır.

Beləliklə, reklam cingllarının və məşhur mahnıların yaddaşa tez həkk olunması həm riyazi simmetriya, həm də insan psixologiyasının xüsusiyyətləri ilə bağlıdır. Elm bu fenomeni izah etməyə bir addım daha yaxınlaşsa da, yaradıcılığın sirri hələ də tam açılmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
lent.az

1Mənbələr