Azərbaycan Maliyyə Nazirliyinin Kollegiyasının 9 fevral 2026-сı il tarixli qərarı ilə “Maliyyə Hesabatlarinin Beynəlxalq Standartlarina əsasən sığortaçılarda və təkrarsığortaçılarda mühasibat uçotunun aparılması Qaydaları” təsdiq edilib.
Banker.az xəbər verir ki, yeni qaydalarda maliyyə hesabatlarının tərkib hissələri, formaları, mühasibat uçotunun Hesablar Planı, həmin Hesablar Planı əsasında aktiv, öhdəlik, kapital, gəlir və xərc elementlərinin uçotda əks etdirilməsi, habelə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə mühasibat yazılışlarının verilməsi öz əksini tapıb.