AZ

Medvedev: “Ukraynaya nüvə texnologiyalarının verilməsi dünya müharibəsinə aparan yoldur”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynaya nüvə texnologiyalarının verilməsi ehtimalına sərt reaksiya bildirib.

“Yeni Sabah”ın TASS-a istinadla xəbər verir ki, o belə bir addımın qlobal münaqişənin başlanmasına səbəb ola biləcəyini bildirib.

Medvedevin sözlərinə əsasən, Ukraynaya nüvə texnologiyalarının ötürülməsi “dünya müharibəsinə aparan birbaşa yol” sayılır.

O qeyd edib ki, beynəlxalq səviyyədə belə təhlükəli oyunlar artıq baş verir.

Rusiya rəsmisi bu cür addımların qlobal təhlükəsizlik üçün ciddi risk yaratdığını vurğulayıb və bunun beynəlxalq sabitliyi daha da zəiflədə biləcəyini bildirib.

 


Telegram kanalımız
Seçilən
0
yenisabah.az

1Mənbələr