Bakı. Trend:
Şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini çap edəbilərlər. Təhsil müəssisələri isə bütün şagirdlərin imtahanaburaxılış vərəqələrini çap edə bilərlər.
Trend xəbərverir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilir ki, 2026-cı il martın 9-da Bakı şəhərinin Nərimanov,Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Pirallahı, Abşeron(I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir,Ağstafa, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, Ağdaş, Zərdab,Kürdəmir, Lənkəran, Cəlilabad, Bərdə, Tərtər, Füzuli (o cümlədənM.Uluqbəy adına 1 №-li tam orta məktəb), Zəngilan (Ağalı kənd tamorta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına məktəb, Horovlu), Ağdərə(Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd tam ortaməktəbləri), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Şabranda Dövlətİmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsiüzrə buraxılış imtahanı keçiriləcək. Martın 9-da tədrisi ingilisdilində olan məktəblərin şagirdləri də imtahan verirlər.
Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://e-gov.az/az/services/read/2516/2 linkindənistifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsilmüəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələriniçap edə bilərlər. Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər.
Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Readerproqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindənqeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkliolmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsitərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyəbilərlər.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
-İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamamolmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət MiqrasiyaXidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusualmış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqınvəsiqələrini;
-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digərsənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş vəfotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4smölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Qeydlər:
-Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda(şəhərdə) imtahan verirlər.
-Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlərbitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonlarınimtahan gününə uyğun tarixdə imtahan verirlər.
-Peşə liseylərinin məzunları liseyin yerləşdiyi şəhər vərayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər(Sumqayıt və Abşeronda yerləşən peşə liseylərinin məzunları martın9-da imtahan verəcəklər).