"Bizim danışmağımızla heç nə düzələn deyil. Audiovizual Şuradan nümayəndə gəlməyib. Bütün sualların cavabı da, bu sükut da üç nöqtədədir. Bəs hansı müzakirədə iştirak etməlidirlər?"
O, Audiovizual Şuradan nümayəndənin proqrama qatılmamasını belə şərh edib:
"İTV-də olan müzakirələr hərtərəfli olunur, mədəni şəkildə diskussiya aparılır. Ağız deyəni qulaq eşidir. Bütün medianın, internetin dilində mövzu olan televiziyalardakı biabırçılıqla bağlı müzakirə olan mövzuya görə verilişə nümayəndə göndərilmirsə, kim nə desin?"