AZ

Bakı Metrosunda nə baş verir? RƏSMİ CAVAB

ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Son günlər Bakı Metropoliteninin işində yaranan problemlərlə tez-tez qarşılaşırıq. Əsasən belə hallarda qatarların hərəkətində 10 dəqiqəyə qədər uzanan intervallar yaranır.

BAKU.WS xəbər verir ki, daxil olan şikayətlərdə həmçinin qatarların stansiyalarda ləngidiyi, mənzil başına gec çatdığı qeyd olunur.

Bəs görəsən buna səbəb nədir? Bakı Metropolitenində nə baş verir?

Məsələ ilə bağlı Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinə sorğu ünvanladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, bəzi stansiyalarda yaşanan sıxlıq ali təhsil müəssisələrində yaz sessiyasının başlanması, eləcə də müxtəlif təhsil ocaqlarının tədris qrafiklərinin üst-üstə düşməsi nəticəsində yaranan kütləvi sərnişin axını ilə bağlıdır. Yaranmış sərnişin yükünü tənzimləmək məqsədilə operativ şəkildə ehtiyat qatarlar xəttə buraxılır və vəziyyət daim nəzarətdə saxlanılır.

Məlumata əsasən, qatarların mənzil yollarında hərəkət müddəti dəyişməyib, lakin pik saatlarda sərnişinlərin vaqon qapılarına müdaxilə etmələri fonunda qatarların stansiyalardan yola düşmə vaxtı ləngiyə bilir. Bu ləngimə bəzi hallarda qatarların hərəkət qrafikinin pozulmasına səbəb olur.

"Qeyd edək ki, hazırda 34 cüt/saat (axşam saatlarında 35 cüt/saat) hərəkət intensivliyi fonunda qatarlararası interval mümkün ən minimum həddə qədər azaldılıb. Stansiyanı vaxtında tərk edən hər bir qatar, növbəti qatarın qrafik üzrə vaxtında platformaya daxil olmasına zəmin yaradır. Bu səbəbdən sərnişinlərdən xahiş edirik ki, hərəkət qrafikini ləngitməmək üçün stansiya əməkdaşlarının çağırışlarına ciddi əməl etsinlər.

Bu da o deməkdir ki, bir stansiyadan 1 saat ərzində 34 qatar bir, 34 qatar isə digər istiqamətdə hərəkət edir.

"Metropolitenin istismar fəaliyyətində hər hansı texniki problem yaranarsa, bu barədə ictimaiyyət dərhal qurumun rəsmi media resursları vasitəsilə məlumatlandırılır. Hazırda iki qonşu stansiya arasındakı orta səfər müddəti infrastrukturun texniki parametrlərinə uyğun olaraq sabit saxlanılır", - deyə məlumatda vurğulanıb.

Banu Hüseynli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
2
baku.ws

3Mənbələr