AZ

Yazıçının “Zəfərlərə Doğru” kitabı Nazilli Kaymakamına hədiyyə olunub - FOTOLAR

Prezident təqaüdçüsü, yazar Etibar Həsənzadənin “Zəfərlərə Doğru” kitabı Türkiyənin Nazilli ilçesinin Kaymakamına hədiyyə edilib.

QHT.az xəbər verir ki, məlumata görə, kitab müəllifin Türkiyədəki Könül Elçisi Mustafa Nazilli tərəfindən Nazilli ilçesi Kaymakamı **Huriye Kupelikan**a təqdim olunub. Bu barədə Etibar Həsənzadə öz rəsmi sosial media hesablarında paylaşım edib. Yazar paylaşımında kitabının hədiyyə edilməsinə görə Mustafa Nazilli bəyə təşəkkürünü bildirib, eyni zamanda göstərilən hörmət və diqqətə görə Huriye Kupelikan xanıma minnətdarlığını ifadə edib.

Etibar Həsənzadə qeyd edib ki, belə görüşlər Azərbaycan–Türkiyə qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verir.

Seçilən
197
qht.az

1Mənbələr