AZ

Kanalizasiya yoxdur, yollar gölə çevrilir – sakinlər kömək istəyir – VİDEO

Lənkəranda yağış sularının küçələrdə qalması sakinlər üçün çətinliklər yaradıb.

NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə, Lənkəranda yağan yağış bəzi küçələrdə sürücülər və piyadaların hərəkəti üçün çətinliklər yaradıb.

Əsasən şəhərin Nizami küçəsində yolda yığılan yağış suları hərəkəti çətinləşdirib.

Sakinlərin sözlərinə görə, ərazidə kanalizasiya xəttinin olmaması, az miqdarda yağış yağdığı zaman belə yol demək olar ki, keçilməz vəziyyətə düşür, eləcə də nəqliyyat vasitələri sudan keçməyə məcbur olurlar. Bu zaman yağış suları piyadalar üçün nəzərdə tutulan hissəyə tökülür və bu da onların hərəkətinə ciddi maneə yaradır.

Sakinlər aidiyyəti qurumlardan problemin qısa zamanda həll olunmasını xahiş edirlər.

Turab

Seçilən
11
nocomment.az

1Mənbələr