AZ

“Süni intellekt” mövzusunda TƏLİM

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Universitetində akademik və inzibati heyət üzvləri üçün “Praktiki süni intellekt” mövzusunda təlim təşkil olunub.

Hafta.az xəbər verir ki, təlimin keçirilməsində məqsəd peşəkar fəaliyyətdə süni intellekt alətlərindən effektiv istifadəni təşviq etmək və universitet əməkdaşlarını süni intellekt alətlərinin praktiki imkanları ilə tanış etmək olub.

Tədbirdə ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev təqdimatla çıxış edib.

Qeyd olunub ki, 2022-ci ildən başlayaraq generativ platformaların açıq istifadəyə verilməsi nəticəsində süni intellekt artıq yalnız texniki mütəxəssislərin deyil, geniş istifadəçi kütləsinin də gündəlik iş alətinə çevrilib. Süni intellekt texnologiyalarının təhsil sisteminə inteqrasiyası təhsil resurslarının səmərəliliyini artırır.

Təqdimatda süni intellekt anlayışı və onun tarixi inkişaf mərhələləri haqqında məlumat verilib, iştirakçılara iş proseslərinin optimallaşdırılması istiqamətində müxtəlif süni intellekt alətləri, o cümlədən real keyslər təqdim olunub. Həmçinin süni intellektin əsas prinsipləri, generativ süni intellekt alətlərindən istifadə, effektiv sorğu (prompt) yazma yanaşmaları, eləcə də biznes və marketinq sahəsində tətbiqi istiqamətləri izah olunub.

İnteraktiv formatda təşkil olunan təlim mövzuya dair fikir mübadiləsi ilə davam edib.

Seçilən
9
8
hafta.az

9Mənbələr