AZ

Zelenski: Ukrayna, ABŞ və Rusiya arasında görüş 7-10 gün ərzində keçirilə bilər

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüş 7-10 gün ərzində baş tuta bilər.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kiyevdə “İstəklilər Koalisiyasının” iclasında deyib.

Zelenski müttəfiqlərini Rusiya hücumlarından zərər çəkən enerji sisteminin bərpasını dəstəkləməyə çağırıb.

“Bizim üçün çox çətin bir qış oldu. Yalnız dostların yardımı və xalqımızın möhkəmliyi bizə sağ qalmağa imkan verdi”, - o bildirib.

Zelenski Rusiya əleyhinə sanksiyaların gücləndirilməsinin vacibliyini vurğulayıb.

Seçilən
15
4
apa.az

5Mənbələr