Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Paytaxtın Babək prospektində qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 14-də saat 13:20 radələrində qeydə alınıb.
Belə ki, 99-QB-165 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü piyada keçidi nişanına məhəl qoymadan hərəkət edib. Bu zaman o, keçiddən keçən piyadaya da yol verməyib və dayanmadan yoluna davam edib.
Videodan görünür ki, yolun hər iki tərəfində piyada keçidi nişanları mövcuddur və sağ zolaqdakı sürücü piyadanı görərək hərəkətini saxlayır.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” Qanunun 54‑cü maddəsinə əsasən, sürücü piyada keçidinə yaxınlaşarkən piyadaların yolu keçməsinə imkan verməli və əgər piyada artıq keçiddədirsə, dayanaraq ona yol verməlidir. Bu tələbin pozulması həm inzibati məsuliyyət, həm də piyada üçün ciddi təhlükə yaradır.
Nərmin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.