AZ

Tbilisi meri: Bizdən Rusiya-Ukrayna müharibəsinə girməyimizi istəyirdilər

BAKI, 24 fevral. TELEQRAF

“Dəfələrlə Gürcüstanın Rusiya-Ukrayna müharibəsinə qoşulması barədə birbaşa çağırışlar eşitmişik”.

Teleqraf xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze deyib.

“Dəfələrlə birbaşa bəyanatlar eşitmişik ki, Ukrayna müharibə aparır, Gürcüstan da qoşulmalı, ikinci cəbhə açılmalıdır. Başa düşürəm ki, hər kəsin öz marağı var, hamı öz maraqlarına uyğun hərəkət edir. Amma ən əsas və vacib olan öz vətənimiz və öz xalqımızdır. Bu gün hakimiyyətdə “Gürcü Arzusu” Partiyasının olması gürcü xalqının seçimidir. Üzərimizdə böyük məsuliyyət və böyük öhdəlik var. Xarici qüvvə və aktorların ölkəmizlə bağlı müxtəlif maraqları ola bilər, amma bizim qətiyyətli siyasətimizdə həmişə Gürcüstanın maraqları nəzərə alınacaq”, - Kaxa Kaladze bildirib.

Seçilən
0
teleqraf.com

1Mənbələr