AZ

50 universitetin məzunları Ermənistan ordusunda xidmətdən azad ediləcək

Ermənistanda "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" qanuna düzəlişlər müzakirə olunur.

"Yeni Sabah" Armenian News-a istinadla xəbər verir ki, qanunvericilik təşəbbüsünə əsasən, dünyanın ən yaxşı 50 universitetini bitirmiş və Ermənistanda ən azı 3 il işləmiş vətəndaşlar məcburi hərbi xidmətdən azad ediləcəklər.

Elm naziri Janna Andreasyanın sözlərinə görə, bu qanunvericilik dəyişikliyindən sonra müvafiq qanunvericilik aktlarında yuxarıda göstərilən əsaslarla məcburi hərbi xidmətə çağırışdan möhlət almış və təhsillərini başa vurmuş vətəndaşların müəyyən edilmiş qaydada işə başlamaq üçün Ermənistan Respublikasına qayıtmaları tələb olunacaq.

Nazirin sözlərinə görə, dəyişikliklər artıq möhlət almış vətəndaşların geri qayıtmasını təmin etmək və onlara Ermənistan Respublikasında biliklərindən istifadə etmək imkanı vermək üçün zəruridir.


Telegram kanalımız
Seçilən
10
yenisabah.az

1Mənbələr