Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Volodimir Zelenski bildirib ki, Rusiya Donbasla bağlı tələblərindən geri çəkilmir və bu məsələdə hər hansı yumşalma gözlənilmir. O vurğulayıb ki, söhbət təkcə torpaqdan getmir, əksinə, mümkün güzəşt Ukraynanın mövqelərini zəiflədər və cəmiyyətdə parçalanma yaradar. Zelenski hesab edir ki, Donbasın verilməsi Kremlə sadəcə müvəqqəti fasilə qazandırar və bir neçə ildən sonra müharibə yenidən alovlana bilər. Prezident həmçinin seçkilərin yalnız müharibə bitdikdən sonra keçirilə biləcəyini deyib və cənub cəbhəsində müəyyən uğurların əldə olunduğunu qeyd edib.
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər Zelenskinin söylədiyi fikirlər həqiqəti əks etdirir: “Rusiya Ukraynadan yalnız Donbası istəmir. Əgər Ukrayna bu əraziləri güzəştə gedəcəksə, o zaman Rusiya doğrudan da bir müddət fasilə qazanmaqla yenidən izolyasiyadan çıxacaq, potensialını toplayacaq və növbəti bir müddətdə - 10 il, 15 il sonra hansısa bir əlverişli məqamda yenidən Ukrayna işğal hərəkatına başlayacaq”.
Oqtay Qasımov
“Rusiya siyasi elitasının, xüsusilə də Vladimir Putinin zamanında verdiyi açıqlamalara diqqət etsək, orada açıq mətnlə tarixən Ukrayna dövlətinin mövcud olmadığı və Ukrayna ərazilərinin tarixi Rusiya torpaqları olduğu ilə bağlı iddialar səslənib. Bu baxımdan Donbasda güzəşt Rusiyanın gələcək işğalına həvəsləndirmə bonus kimi dəyərləndirilə bilər. Yəni Rusiya Donbasda kifayətlənmək niyyətində deyil. Rusiyanın istəyi Ukrayna dövləti tarix səhnəsindən, siyasi səhnədən silinməsidir və bu mümkün olmayacaqsa, Ukraynanın zəiflədilmiş halda nəzarət altında olan dövlət kimi qalmasını təmin etmək və ərazilərini parçalamaq, Donbas, Qara dəniz sahilləri Odessaya qədər əraziləri götürməkdir. Yəni Rusiyanın Ukrayna ilə bağlı həm də bir “novorossiya” planı olduğunu nəzərə alsaq, bu o deməkdir ki, Rusiya Donbasla kifayətlənmək niyyətində deyil. Bu, sadəcə olaraq Rusiyanın planlarının tərkib hissəsi kimi dəyərləndirilməlidir”-deyən Oqtay Qasımov qeyd edib.
“Donbasın ərazilərin güzəştə gedilməsi bölgədə sülhün və savaşın dayanması anlamına gəlməyəcək. Bu, əslində gələcək təhlükələrin növbəti mərhələsinin başlanğıcı kimi də dəyərləndirilə bilər. Yəni Rusiya Ukraynada istəklərini alandan sonra onun hədəfləri həm də Şərqi Avropa olacaq. O cümlədən, Baltikyanı ölkələr və keçmiş postsovet ölkələri hədəfə götürüləcək.
Müharibə şəraitində seçkilərin keçirilməsinə gəldikdə, müharibə şəraitində nə olmasından asılı olmayaraq, demokratik, azad və ədalətli seçkilərin keçirilməsi imkansızdır. Belə bir cəhd edilməsi ölkədə sabitliyə xidmət edən bir faktor deyil. Əksinə, savaş aparan ölkədə seçkilərin keçirilməsi və seçki kampaniyası özü istər- istəməz cəmiyyətdə müəyyən bir qütbləşmə və bölünmə yaradır. Bu baxımdan hazırkı şəraitdə, xüsusilə də müharibənin gedişində seçkiyə getmək Ukrayna üçün yalnız və yalnız zərər verə bilər”-deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.