AZ

Sistani faktoru: ABŞ İran gərginliyində yeni mərhələ Politoloq

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

ABŞ-nin İrana hərbi müdaxilə ehtimallarının, eləcə də İranın ali rəhbəri Ayətullah Əli Xameneinin öldürülməsi planlarının müzakirə edildiyi bir vaxtda mühüm hadisə baş verib.

Belə ki, İraqın ən nüfuzlu şiə dini lideri Ali əl-Sistani ABŞ-nin İrana hücumu halında cihad elan ediləcəyinə dair fətva verib.

Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.

Bəs məsələni necə şərh etmək olar?

Politoloq Turan Rzayev deyir ki, Ali əl-Sistani Nəcəf dini məktəbinin başlıca mərceyi-təqlidlərindən biridir. Bu isə o deməkdir ki, milyonlarla şiə müsəlman dini məsələlərdə onun fətvalarına və hüquqi-dini şərhlərinə istinad edir.

Siyasi şərhçi onun siyasi mövqeyini bu cür izah edib:

“Onun siyasi mövqeyi xüsusilə diqqətəlayiqdir. Belə ki, Sistani İranın “vilayəti-fəqih” modelindən fərqli olaraq, ruhanilərin birbaşa dövlət idarəçiliyini üzərinə götürməsini müdafiə etmir. O, daha çox “dövlətə nəzarət edən, lakin birbaşa idarə etməyən dini rəhbərlik” xəttini təmsil edir. Buna görə də onun ABŞ əleyhinə verdiyi fətva Vaşinqton üçün olduqca risklidir”.

Siyasi şərhçi o cümlədən deyib:

“Sistani, adətən, sakit, ehtiyatlı və balanslı mövqe sərgiləyən dini lider kimi tanınır. İddialara görə, ABŞ rəsmiləri Sistaninin fətvasını geri çəkməsi üçün 200–500 min dollar arası ianə təklif ediblər. Lakin onun bu təklifi rədd etdiyi bildirilir”.

Turan Rzayev qeyd edir ki, Vaşinqton, əslində, Nəcəf və Qum şiə məktəblərinin birləşməsindən narahatdır.

O, son olaraq bildirib:

“Vəziyyət indi fərqli ola bilər. Xameneinin ehtimal olunan ölümü zorakı müdaxilə nəticəsində baş verərsə, hadisə siyasi aktdan daha çox dini-emosional hadisəyə çevrilə bilər. Bu halda “şəhidlik” narrativinin yalnız İran daxilində deyil, regiondakı şiə icmaları arasında da mobilizasiya alətinə çevrilməsi mümkündür. Əgər Nəcəf açıq şəkildə neytrallıqdan imtina etsə, bu, İraqdakı ABŞ mövqelərini birbaşa risk altına salar. Bu səbəbdən Sistaninin mövqeyi təkcə dini deyil, həm də operativ-strateji əhəmiyyət daşıyır”.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
icma.az

1Mənbələr