Bakı. Trend:
Son dövrlərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzininadından qanunsuz istifadə olunması halları qeydə alınır.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mərkəzin adından çıxış edən bəzi şəxslər Bakışəhərinin müxtəlif rayonlarında, eləcə də respublikanın digərbölgələrində fəaliyyət göstərən obyektlərə yaxınlaşaraqsanitar-epidemioloji vəziyyətin guya qənaətbəxş olmadığı barədəəsassız iddialar irəli sürür, dezinfeksiya, dezinseksiya,deratizasiya və digər xidmətlərin həyata keçirilməsinin zəruriolduğunu bildirir, əks təqdirdə inzibati məsuliyyət tədbirləriningörüləcəyi ilə bağlı xəbərdarlıq edirlər.
Bununla əlaqədar olaraq bildirilib ki, AzərbaycanRespublikasının qüvvədə olan qanunvericiliyinə əsasən dövlətsanitariya-epidemioloji nəzarəti çərçivəsində yoxlamalar yalnızqanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Bu zaman vəzifəlişəxslər mütləq qaydada öz xidməti vəsiqələrini təqdim etməli,həmçinin sahibkarlıq subyektlərinə münasibətdə yoxlamanınaparılması barədə qərarın surətini və yoxlamanın sahibkarlıqsahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindəqeydiyyata alınması haqqında çıxarışı təqdim etməlidirlər.
Rəsmi yoxlamalar yalnız Respublika Gigiyena və EpidemiologiyaMərkəzinin səlahiyyətli əməkdaşları tərəfindən və müvafiq hüquqiəsaslar mövcud olduqda aparılır. Mərkəzin adından istifadə etməkləhər hansı kommersiya xidmətlərinin təklif edilməsi və ya hədə-qorxuyolu ilə ödəniş tələb olunması qanunsuzdur.
Vətəndaşlardan və sahibkarlıq subyektlərindən belə hallarlaqarşılaşdıqda dərhal aidiyyəti üzrə Azərbaycan RespublikasınınSəhiyyə Nazirliyinin 9103 qaynar xətti, Respublika Gigiyena vəEpidemiologiya Mərkəzinin (012) 421-13-93 nömrəsi və ya AzərbaycanRespublikasının Daxili İşlər Nazirliyinin 102 xidməti vasitəsiləməlumat vermələri xahiş olunur.
Səhiyyə Nazirliyi bir daha vətəndaşları diqqətli olmağa, bu kimihallara qarşı həssas yanaşmağa və yalnız rəsmi dövlət qurumlarınıntəqdim etdiyi məlumatlara etibar etməyə çağırır.