AZ

Türkiyədə ailə faciəsi: 16 yaşlı yeniyetmə qardaşını öldürdü

Türkiyənin Muğla vilayətində baş verən ailədaxili mübahisə ölümlə nəticələnib.

AzEdu.az xəbər verir ki, Türkiyə mətbuatında olan məlumata görə, 16 yaşlı yeniyetmə ilə 17 yaşlı böyük qardaşı arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Qısa müddətdə gərginləşən mübahisə dava ilə nəticələnib.

İddialara əsasən, dava zamanı 16 yaşlı yeniyetmə qardaşına bıçaqla xəsarət yetirib. Sinə və qarın nahiyəsindən ağır yaralanan 17 yaşlı gənc hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra yeniyetmə, eləcə də 12 yaşlı qardaşı və 18 yaşlı əmioğlusu polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar istintaqın gedişində müəyyən ediləcək.

Seçilən
16
1
azedu.az

2Mənbələr