Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İsrail Müdafiə Nazirliyi İrana mümkün hücumlara hazırlıq məqsədilə hökumətdən əlavə maliyyələşdirmə tələb edib.
Bakıvaxtı.az xəbər verir ki, hazırkı müdafiə büdcəsi İsrail ordusunun istədiyi məbləğdən azdır və əlavə vəsait üçün Maliyyə Nazirliyi ilə müzakirələr aparılır.
Məlumata görə, baş nazir Benyamin Netanyahu növbəti 10 il ərzində müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.
Qeyd edək ki, İsrail ordusu ABŞ-nin İrana potensial hücumlarına cavab vermək üçün yüksək hazırlıq vəziyyətinə gətirilib.
Əli Hüseynov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.