ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Bakının Hövsan qəsəbəsində qətl törətməkdə təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəməsi təxirə salınıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, təqsirləndirilən Emil Hüseynov Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəfat edib. Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinə teleqram daxil olub.
Qeyd edək ki, hadisə 2025-ci il avqustun 20-də Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində baş verib. 1995-ci il təvəllüdlü Rasim Lariyonovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalar zamanı 1975-ci il təvəllüdlü Emil Hüseynovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rasim Lariyonovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.