AZ

"Ermənistanla sülh məsələsi çox həlledici məqamdadır" - Komitə sədri

"Azərbaycan qonşu ölkələrlə münasibətlərə ciddi əhəmiyyət verir. Biz bu gün İrandakı vəziyyəti də müzakirə edəcəyik. İranla bağlı bizim mövqeyimiz tam aydındır. Azərbaycanın heç bir marağı yoxdur ki, qonşu ölkələrdəki vəziyyət qeyri-sabit olsun".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli iclasında çıxışı zamanı parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov deyib.

"Rusiya-Ukrayna müharibəsi ilə bağlı Azərbaycan mütəmadi olaraq Ukraynanın ərazi bötüvlüyü tam dəstəkləyir. Bu münaqişə diplomatik və siyasi vasitələrlə həll olunmalıdır. Beynəlxalq qanuna tam əməl olunmalıdır. Eyni zamanda qlobal təhlükəsizlik nəzərə alınmalıdır", - deyə komitə sədri bildirib.

S.Seyidov qeyd edib ki, Ermənistanla sülh məsələsi müzakirə olunur: "Çox həlledici məqamdadır. Sülhə praktik olaraq nail olunub".

Anar Kəlbiyev

Seçilən
15
unikal.az

1Mənbələr