Cənubi Qafqazda sülh və stabillik Türkiyə üçün həmişə prioritet olub.
APA xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay Azərbaycan, Türkiyə və Gürcüstan Parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli görüşündə deyib.
O, ölkəsinin Azərbaycan-Ermənistan normallaşma prosesini tam dəstəklədiyini bildirib.
“Bakı və İrəvanın atdığı son addımları etimadqurucu addımlar hesab edirik”,- Oktay qeyd edib.
Türkiyəli rəsmi, TRIPP layihəsinin bütün region üçün, o cümlədən Gürcüstan üçün faydalı olacağını vurğulayıb.
“Türkiyə Ermənistanla normallaşma prosesini davam etdir. Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan normallaşması regionda sülh və stabilliyin güclənməsinə töhfə verəcək. Gürcüstanın burada koordinasiyası və dialoqa töhfəsi çox dəyərlidir”, - Fuad Oktay bildirib.
O, Azərbaycan, Türkiyə və Gürcüstan arasında enerji sahəsində əməkdaşlığın daha da artırıla biləcəyini deyib.