AZ

Gürcüstan Britaniyaya etiraz etdi

BAKI, 24 fevral. TELEQRAF

“Böyük Britaniyanın Gürcüstanın “İmedi” və POSTV televiziya kanallarına tətbiq etdiyi sanksiyalar ədalətsiz və əsassızdır”.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə hakim “Gürcü Arzusu” partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze deyib.

“Televiziya kanalları ilə bağlı verilən qərar ədalətsizdir. Daha dərindən araşdırsaq, heç bir arqument olmadığını görərik. Bu, Gürcüstana qarşı ədalətsiz münasibətin ilk halı deyil. Qəti şəkildə qəbuledilməzdir, bunu dəfələrlə bəyan etmişik. Bütün ölkələrə, o cümlədən Avropa İttifaqı üzvlərinə hörmətlə yanaşırıq, amma onlar da biz və suverenliyimizə hörmət etməlidirlər. Bir ölkə nə qədər böyük olsa da, başqa bir ölkənin daxili siyasi işlərinə qarışmamalıdır”, - Kaladze bildirib.

Xatırladaq ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi sanksiyaların sözügedən Gürcüstan telekanallarının Rusiya-Ukrayna müharibəsi ilə bağlı qəsdən yanlış məlumat yaydıqlarına görə tətbiq olunduğunu açıqlamışdı.

Seçilən
1
teleqraf.com

1Mənbələr