Ukrayna Prezidenti Zelenski “Financial Times” qəzetinə müsahibəsində Rusiya ilə münaqişənin "sonun başlanğıcına" daxil olduğunu bildirib. Onun sözlərinə görə, möhkəm təhlükəsizlik zəmanəti olmayan istənilən atəşkəs böyük risklər daşıyır. Ukrayna lideri həmçinin Aİ və Trampa qarşı tənqid və narazılıqlarını dilə gətirib.
Avropa İttifaqına açıq şəkildə müraciət edən Ukrayna lideri deyib ki, Brüssel mövqeyini dəqiqləşdirməlidir, konkret olmalıdır: "Mənə bir tarix lazımdır. Bunu istəyirəm. Gələcək liderlərin və ya gələcək nəslin Rusiyanın Ukraynanın Aİ üzvlüyünü 50 il blokladığı bir vəziyyətlə üzləşməsinə icazə verməyək" deyərək üzvlük üçün hədəf ili kimi 2027-ci ili göstərib.
Zelenski Moskvanın münaqişənin başa çatmasını ciddiyə almadığını iddia edərək, Rusiyanın oyun oynadığını deyib: “Onlar Trampla və bütün dünya ilə oynayırlar".
Zelenski atəşkəsin Ukrayna tərəfindən yenidən qruplaşmaq üçün istifadə ediləcəyi iddialarını isə rədd edib: "Ukraynaya atəşkəs lazımdır; dünən, bu gün, sabah. Bizə müharibənin bitməsi lazımdır, fasilə yox".
O, Donbasda güzəştlər ediləcəyi təqdirdə münaqişənin bitəcəyi ilə bağlı ABŞ-dan qaynaqlanan fikirləri səhv yanama adlandırıb və əlavə edib ki, ABŞ prezidenti Donald Trampın Kiyevə təzyiqi Moskva ilə müqayisədə daha güclüdür.
TAHİR