AZ

FİFA dünya çempionatı pley-off oyunları üçün qayğılıdır – Qərar necə olacaq?

FİFA 2026-cı il dünya çempionatına vəsiqə verəcək qitələrarası pley-off oyunlarının yerinin dəyişdirilməsi ehtimalını nəzərdən keçirir.

İdmanxeber.az-ın məlumatına görə, Meksikada keçirilməsi planlaşdırılan bu qarşılaşmalar ölkədə davam edən təhlükəsizlik problemləri səbəbindən başqa məkana köçürülə bilər. Hətta iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada təşkil olunacaq mundialın final mərhələsinin bəzi oyunları da risk altındadır.

Bildirilir ki, qərar yalnız təhlükəsizlik orqanları və kommersiya tərəfdaşları ciddi narahatlıq ifadə edəcəyi halda veriləcək. Meksikada narkokartel rəhbərinin qətlə yetirilməsindən sonra iğtişaşlar davam edir, silahlı qruplarla hüquq-mühafizə orqanları arasında toqquşmalar baş verir.

Yamayka, Konqo və Yeni Kaledoniya yığmaları arasında keçiriləcək pley-off matçları martın 26-dan 31-dək planlaşdırılıb. Minlərlə azarkeş artıq final mərhələsi üçün bilet və otel bron etdiyi üçün mümkün köçürmə FİFA üçün əlavə maliyyə öhdəlikləri yarada bilər.

Seçilən
4
idmanxeber.az

1Mənbələr