AZ

"Öhdəliklərimizə sadiq qalırıq ki, Rusiya ilə problemimizi həll edək" - Şamxaradze

“Abxaziya qanunsuz şəkildə Rusiyanın işğalı altındadır. Uşaqlar da daxil olmaqla, əhali Rusiya işğalçı qüvvələri tərəfindən ciddi ayrı-seçkiliyə məruz qalırlar, öz dillərində təhsil ala bilmirlər”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli iclasında çıxışı zamanı Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Şamxaradze deyib.

Bundan başqa, işğalçı qüvvələr gərginlik yaradır, işgəncələr verirlər. Hətta bəzi hallarda silahsız insanlara qarşı atəş açırlar. Bu cür qeyri-insani davranışlar qəbuledilməzdir. Rusiyanın Ukraynaya qarşı silahlı münaqişəsi və digər hadisələr göstərir ki, Gürcüstan da təzyiqlər altındadır. Biz problemlərin sülh yolu ilə həllinin tərəfdarıyıq. Təbii ki, biz öz öhdəliklərimizə sadiq qalırıq ki, Rusiya ilə problemimizi həll edək. Ərazi bütövlüyümüzün təmin edilməsi bizim üçün prioritet məsələdir", - deyə Şamxaradze bildirib.

Anar Kəlbiyev

Seçilən
12
unikal.az

1Mənbələr