AzVision.az Ukrayna mediasına istinadən xəbər verir ki, planın birinci bəndi Ukrayna üzərindəki səmanın bağlanması ilə bağlıdır. Nazirin sözlərinə görə, mülki əhalinin və infrastrukturun Rusiya hücumlarından qorunması prioritet olaraq qalır.
“Məqsədimiz hava təhdidlərinin 100%-ni real vaxt rejimində müəyyənləşdirmək, raket və dronların ən azı 95%-ni tutmaqdır. Çoxsəviyyəli “kiçik” hava hücumundan müdafiə (HHM) sisteminin yaradılması və ələ keçiricilərin miqyasının artırılması artıq başlayıb. Mühüm təşkilati dəyişikliklər başlayıb. Bunlar dronlara sistemli əks-hücum və şəhərlərimizin sabit qorunması istiqamətində ilk addımlardır. Səma bağlandıqda, ölkə fəaliyyət göstərir”,- Mixail Fyodorov yazıb.
Planın ikinci bəndi Rusiyanın quruda, dənizdə və kiberməkanda irəliləməsinin qarşısını almağı əhatə edir. Fyodorov qeyd edib ki, Rusiya qoşunları Donetsk bölgəsində hər kvadrat kilometrə 156 əsgər nisbətində itki verir, Ukrayna isə bu rəqəmi 200 əsgərə çatdırmaq niyyətindədir.
- Bu, irəliləyişin qeyri-mümkün olduğu itkilər səviyyəsidir. Məqsədimiz rusları hər sahədə - quruda, dənizdə və kiberməkanda dayandırmaqdır. Buna necə nail olacağımızı bilirik. Bizim müəyyən həllər və layihələr siyahımız var: təchizat sisteminin təkmilləşdirilməsindən və korpus islahatlarının başa çatdırılmasından tutmuş məlumatlara əsaslanan təlim və komandanlıq sisteminin transformasiyasına qədər”,- Ukraynanın müdafiə naziri bildirib.
Üçüncü bənd Rusiyanın iqtisadi sektoruna təzyiq göstərməyi hədəfləyir. Çünki Rusiyanın sursat, əsgərlərə ödənişlər və təbliğat üçün vəsaiti olduğu müddətcə müharibə davam edir və bu resursların əsas mənbəyi neftdir.
Nazirin sözlərinə görə, Ukrayna planın hər bir bəndi üçün konkret, ölçülə bilən məqsədlər və gözlənilən nəticələr müəyyən edib. O, həmçinin strategiyanın həyata keçirilməsi üçün üç sahəni diqqətə çatdırıb.
“Birincisi, tərəfdaşlıqlar. Bu il rekord həcmdə beynəlxalq yardım əldə etmək üçün qarşılıqlı faydalı əməkdaşlıq. Buraya dronların alınması, sabit hərbi ödənişlərin təmin edilməsi və HHM-in gücləndirilməsi, eləcə də digər müdafiə sisteminin ehtiyacları daxildir. İkincisi, texnoloji üstünlük. Hər texnoloji dövrdə Rusiyadan ən azı 10 addım qabaqda olmaq. İnnovasiya müharibəsində liderliyi qorumaq. Üçüncüsü, müharibənin riyaziyyatı. “DELTA” vasitəsilə “ePoints” sistemi sayəsində artıq döyüş meydanından yüksək keyfiyyətli məlumatlar alırıq. Növbəti addım məlumatları həlledici qüvvəyə çevirməkdir ”, - Mixail Fyodorov vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta