ain.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
"Dünya Çempionatına getmək üçün əlimizdən gələni edəcəyik".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Türkiyənin futbol üzrə yığmasının baş məşqçisi Montella "TuttoSport"a müsahibəsində deyib.
O, Türkiyə futbolunun inkişafda olduğunu iddia edib: "İndi gənc oyunçulara həqiqətən dəyər verilir. Məslən, Barış Alper Yılmaz və Semih Kılıçsoyu xüsusi olaraq qeyd etməliyəm. Türk futbolunda yeni ulduzlar ortaya çıxmaqdadır. Hazırda yayda başyacaq Dünya Çempionatına vəsiqə qazanmaq üçün Rumıniya ilə matçda əlimizdən gələni edəcəyik. Diqqətimiz pley-off mərhələsidir".
Kenan Yıldızın artıq təcrübəli futbolçu olduğunu da sözlərinə əlavə edən italiyalı məşqçi deyib ki, o, "Yuventus"da daha çox irəli gedəcək.
Təcrübəli məqşçi Şempionlar liqasında 5-2 hesablı qələbənn revanşında sabah "Yuventus"la qarşılaşacaq "Qalatasaray"ın şansını da dəyərləndirib: "Futbol həmişə gözlənilməzliklə zəngin olur. Əlbəttə, "Qalatasaray"ın üstünlüyü var, amma bu, üstünlük onları aldatmamalıdır...
Fərid ASLAN
MİA.AZ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.