ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Tehran müharibə istəmir, amma ABŞ hücum edərsə, İran düşmənlərinə heç vaxt unutmayacaqları bir dərs verəcək".
525.az xəbər verir ki, bunu İranın müdafiə naziri Əziz Nəsirzadə erməni həmkarı Suren Papikyanla görüş çərçivəsində jurnalistlərə deyib.
“İran İslam Respublikası müharibə axtarmır, amma ölkə müharibə məcbur edilərsə, özünü bütün gücü ilə müdafiə edəcək, düşmənlərinə heç vaxt unutmayacaqları bir dərs verəcək”, - Nəsirzadə bildirib.
Fevralın 19-da ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Sülh Şurasının iclasında çıxışında deyib ki, İranla bağlı razılaşmaya yaxın 10 gün ərzində aydınlıq gətirilə bilər. Lakin o, xəbərdarlıq edib ki, razılaşma əldə olunmasa, İranla "çox pis şeylər" baş verə bilər.
Pərvanə Sultanova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.