AZ

50 il əvvəl XXI əsrin avtomobilini belə təsəvvür edirdilər FOTOLAR

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Ötən əsrin 70-ci illərində bütün sovet vətəndaşları kimi azərbaycanıllar da düşünürdülər ki, 2000-ci ildə kommunizm qurulacaq: hər şey pulsuz olacaq, mağazalarda satıcı olmayacaq və s.

Avtosfer.az xəbər verir ki, eyni vaxtda Qərbdə daha real işlər üzərində baş sındırırdılar. Avtomobil dizaynerləri də bu xüsusda istisna deyildilər. Onlar 50 il sonra avtomobilin necə olacağını düşünürdülər.

Bunun nəticəsində ortaya maraqlı dizaynlar çıxırdı. Eynilə bu fotodakı “Ferrari 512S Modulo” kimi. Dizayn etibarı ilə təyyarəyə oxşayan avtomobil 1970-ci ildə Cenevrə avtosalonunda təqdim edildikdən sonra yerini Pininfarina muzeyində alıb. 

2014-cü ildə bir amerikalı rejissora satılan maşın bərpa edilib və istismara uyğunlaşdırılıb. 

PS. 1970-ci ildə SSRİ-də “Fiat 124”ün adaptasiyası olan VAZ-2101-in istehsalı başlayıb.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
avtosfer.az

1Mənbələr