AZ

2 dəfə ölüm cəzası alan şəxs bu gün edam ediləcək

ABŞ-nin Florida ştatında bu gün ilin ikinci edamı reallaşdırılacaq. Edam ediləcək şəxs Melvin Trotterdir. O, 1986-ci ildə soyğun məqsədilə girdiyi dükanda Virgiye Lenqfordu bıçaqladıqdan sonra boğaraq xüsusi amansızlıqla qətlə yetirib.  

News365.az xəbər verir ki, hadisədən sonra həbs edilən qatil məhkəmənin qərarı ilə ölüm cəzası alıb. Lakin Florida ali məhkəməsi ağırlaşdırıcı itihhamların düzgün qiymətləndirmədiyini əsas gətirərək işi yenidən baxılmalı olduğu qərarını verib. Nəticədə istintaq 1993-cü ilə qədər uzanıb. Sonda nəhkəmə Melvin Trotter ikinci dəfə ölüm cəzası hökmü verib.

65 yaşlı Melvin Trotter bu gün axşam saatlarında ölümcül inyeksiya üsulu ilə edam ediləcək.

Qeyd edək ki, bu Floridada bu il gerçəkləşdirilən ikinci edam hadisəsidir. Ötən il isə Floridada 47 nəfər edam edilmişdi. 

Seçilən
11
31
news365.az

10Mənbələr